Banner

Generallara ali hərbi rütbələr təqdim edildi - FOTOLAR

Xəbərlər 17 Noyabr 2026 12:11
Generallara ali hərbi rütbələr təqdim edildi - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-sı Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Avtosfer.az xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər - Zaur Rüstəmov, Hikmət Əliyev və Elnur Ələsgərli öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


 

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh