ABŞ Türkiyəyə F-16 təyyarələri satacağını təsdiqləyib

Türkiyəyə F-16 satışını dəstəkləməyə davam edirik.
Avtosfer.az xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi gündəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Bayden administrasiyası vəzifəyə başladığı gündən bu mövzu ilə bağlı eyni mövqedədir.
Ağ Evin nümayəndəsi F-16 satışına dair Konqresə rəsmi bildirişin nə vaxt veriləcəyi ilə bağlı dəqiq bir tarix açıqlamayıb.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-yə 40 ədəd F-16 "Block 70" döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.
Trend
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












