Abşeron Rayon Mərkəzi Xəstəxanasında sistem NİYƏ TEZ-TEZ ÇÖKÜR? - VİDEO - YENİLƏNİB

"Növbə sıxlığının müxtəlif səbəbləri var. Lakin əsas səbəbi qeyd etsək, Abşeron rayonu insanların sıx məskunlaşdığı ərazidir. Buna görə də həddindən artıq çox müraciət var. Pasiyent sayı çox olanda elektron sistemdə yüklənmə olur".
Avtosfer.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Abşeron Rayon Mərkəzi Xəstəxanasında sistemin çökmə səbəblərindən danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Departament rəhbəri qeyd edib ki, sıxlığın qarşısını almaq üçün alternativ variant üzərində iş aparılır:
"Abşeron Rayon Mərkəzi Xəstəxanasında sistemin konkret çökmə səbəbi araşdırılır. Lakin ümumən üzərində çalışdığımız yeni variantı tətbiq edərək oflayn rejimdə pasiyentlərə xidmət göstərməyə çalışacağıq".
Z.Ədilova sonda vurğulayıb ki, dünən TƏBİB-in tabeliyində olan tibb müəssisələri arasında rekord göstərici qeydə alınıb, bir milyon pasiyent müraciət edib.
***
Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham və xaos yaşanır.
Oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, səhər saatlarından sistem çökdüyü üçün uzun-uzadı növbə yaranıb, vətəndaşlar gözləmək məcburiyyətində qalıblar.
"Sistem çöküb. Çox sayda insan növbə gözləyir. Söz deyəndə də, bildirirlər ki, sistem çöküb gözləyin", - şikayətdə bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl də sakinlər redaksiyamıza müraciət edərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaranan xaosdan şikayətçi olduqlarını bildirmişdilər. Səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmaması göstərilmişdi.
Sözügedən xaosdan görüntünü təqdim edirik:
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO










