Abşeronda yaşadığı evdə avtomat gizlədən şəxs saxlanıldı - FOTO - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Abşeron rayon sakini olan əvvəllər dəfələrlə məhkum olunmuş Güləhməd Məcidovun yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Güləhməd Məcidov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını amma buna baxmayaraq polis əməkdaşlarına təhvil verməyərək yaşadığı evdə gizlətdiyini bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Fidan
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA















