Çin markası müştərilərinə 13 min manat təzminat ödəyəcək – SƏBƏB isə...

Çinin avtomobil istehsalçısı “Hongqi” elektrikli avtomobillərində yaranan və proqram təminatı yeniləmələri ilə aradan qaldırılması mümkün olmayan əyləcləmə problemi səbəbindən qeyri-adi qərar qəbul edib. Danimarkada istismar olunan 258 avtomobilin bir sıra sürüş dəstəyi sistemləri daimi olaraq deaktiv ediləcək. Bunun müqabilində avtomobil sahiblərinə təzminat ödəniləcək.
Avtosfer.az xəbər verir ki, problem şirkətin EHS7 və EH7 modellərində üzə çıxıb. Yaz aylarından etibarən bəzi sürücülər qarşılarında heç bir maneə olmadığı halda avtomobillərinin qəfil və sərt şəkildə əyləclədiyini bildiriblər. “Xəyali əyləcləmə” adlandırılan bu hal sürücülər üçün ciddi təhlükəsizlik narahatlığı yaradıb.
Danimarkalı idxalçı “Wismo” problemi aradan qaldırmaq üçün aylarla Çin istehsalçısı ilə əməkdaşlıq etsə də, proqram təminatı yeniləmələri vasitəsilə qalıcı həll tapılmayıb. Şirkətin açıqlamasına görə, mövcud proqram təminatı əsasən Çinin yol hərəkəti şəraitinə uyğun hazırlanıb. Avropa bazarına uyğunlaşdırılma zamanı isə avtomobillərin Avropa standartlarına uyğunluğunu müəyyən edən homologasiya tələbləri ilə bağlı çətinliklər yaranıb.
Nəticədə problemin həlli kimi avtomobillərdəki bəzi təhlükəsizlik və sürüş dəstəyi sistemlərinin tamamilə söndürülməsi qərara alınıb. Bu dəyişiklik Danimarkada 230 ədəd EHS7 və 28 ədəd EH7 olmaqla, ümumilikdə 258 avtomobili əhatə edəcək.
Yeniləmə nəticəsində avtomobillərdə altı sürüş dəstəyi funksiyası daimi olaraq deaktiv ediləcək. Bunlara avtomatik parklanma, geriyə hərəkət zamanı avtomatik əyləcləmə, maneələrdən yayınma köməkçisi və zolaq dəyişmə sistemləri daxildir.
Adaptiv kruiz-kontrol sisteminin iş prinsipi də dəyişdiriləcək. Belə ki, sistem qarşıdakı avtomobillə təhlükəsiz məsafəni qorumaq funksiyasını itirəcək və yalnız sürücünün müəyyən etdiyi sürəti sabit saxlayacaq. Sürətə nəzarət sistemi isə müəyyən edilmiş hədd aşıldıqda sürücünü xəbərdar etməklə kifayətlənəcək.
Dəyişikliklər proqram təminatının yenilənməsi yolu ilə həyata keçiriləcək. Avtomobil sahibləri bunun üçün səlahiyyətli servisə müraciət etməlidirlər. Yeniləmə 31 yanvar 2027-ci il tarixinədək tamamlanarsa, hər bir avtomobil sahibinə 50 min Danimarka kronu, təxminən 6 700 avro (13 400 manat) təzminat ödəniləcək.
Danimarkanın avtomobil təşkilatı FDM isə bu qərarın hüquqi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın fikrincə, təhlükəsizlik sistemlərinin deaktiv edilməsi avtomobillərin təhlükəsizlik göstəricilərini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Hələlik avtomobillərin təhlükəsizlik reytinqinin yenidən qiymətləndirilməsi aparılmayıb. Bununla belə, FDM dəyişikliklərin “Euro NCAP” təhlükəsizlik qiymətləndirməsinə mənfi təsir göstərə biləcəyini bildirir. Avtomobillərin əvvəllər əldə etdiyi beşulduzlu təhlükəsizlik reytinqini qoruyub saxlayacağı isə qeyri-müəyyəndir.
FDM-in hüquqşünaslarının qənaətinə görə, təhlükəsizlik avadanlıqlarında bu qədər geniş dəyişiklik avtomobil alıcılarına alqı-satqı müqaviləsini ləğv etmək və nəqliyyat vasitəsini geri qaytarmaq hüququ da verə bilər.
Eltac Zülfüqaroğlu
Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?
Cücələr təyyarə ilə daşındı - FOTO
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA












