ADB Azərbaycan dəmir yollarının dekarbonizasiyası üzrə strateji layihəyə başladı

Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) dekarbonizasiyası üzrə strateji layihəyə start verilib.
Avtosfer.az xəbər verir ki, ADY və bank arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub.
ADB-nin dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və ölkənin dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyasını təşviq etmək məqsədi daşıyır. Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək.
ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.
Tərəflər artıq "ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi"ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.
ADB Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində, həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılımasında texniki dəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninq proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması, qərarların qəbul edilməsində və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub./report
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










