ADEX: Türkiyə MEMATT minatəmizləmə maşını təqdim edib

Türkiyənin “ASFAT” müdafiə şirkəti Azərbaycanın paytaxtı Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində uzaqdan idarə olunan MEMATT minatəmizləmə maşını təqdim edib. Ordu.az xəbər verir ki, onun hazırlanması zamanı piyada əleyhinə minaların zərərsizləşdirilməsi və təhlükəli ərazidə mövcud bitki örtüyünün təmizlənməsi üçün ən müasir texnologiyalardan istifadə edilib.
Bu texnika 500 metr məsafədən idarə oluna bilir. Maşının sürəti 4 km/saata çatır. MEMATT-ın təchiz olunduğu avadanlıqlar torpağı 25 santimetr dərinliyə qədər qazmağa və təmizlik işləri aparmağa imkan verir. Texnika 1 saat ərzində 1,7 metr enində və 1 kilometr uzunluğunda ərazini minalardan təmizləmək qabiliyyətinə malikdir. MEMATT-ın çəkisi 12,5 tondan artıq, dizel mühərrikinin həcmi isə 290 litrdir. Aparatın uzunluğu 6,6 metrdir.
Türkiyə minatəmizləmə maşını texnikası və gücləndirilmiş zirehli korpus sayəsində tapşırıqları uğurla yerinə yetirə bilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











