ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə - FOTOLAR

Oktyabrın 27-dən 30-dək Almaniyanın Bonn şəhərində 6-cı Qlobal Su Operatorları Tərəfdaşlığı (WOPs) Konqresi keçrilib.
Avtosfer.az xəbər verir ki, konqresdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.
Tədbir çərçivəsində çıxış edən Tahir Xəlilov su ehtiyatlarının idarə olunmasında beynəlxalq əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edib, Azərbaycanın şəhərsalma və davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, həmçinin 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Dünya Şəhərsalma Forumu”nun (WUF13) ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.
Konqres çərçivəsində keçirilən side event zamanı Riad Axundzadə iştirakçılara Azərbaycanda su təchizatı və tullantı su xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq WUF13 barədə geniş məlumat təqdim edib.
Bununla yanaşı, Global Water Operators’ Partnerships Alliance (GWOPA) ilə görüş keçirilib, gələcək potensial əməkdaşlıq istiqamətləri və su sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












