ADSEA xidmətlərini genişləndirib və müştəri məmnuniyyəti artırılıb - VİDEO

Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 14 xidmət üzrə fəaliyyət təşkil edib.
Avtosfer.az xəbər verir ki, mərkəzlərə 2025-ci ilin 10 ayı ərzində 163874 müraciət daxil olub. Onlardan 96079-u yerində, 34178-i araşdırıldıqdan sonra icra edilib. 26598 müraciət informasiya xarakterli olub, 6959 müraciət sahibinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib.
KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 14-ə çatdırılıb, 11 xidmət elektronlaşdırılıb və onların mərhələli şəkildə my.gov.az portalına inteqrasiyası həyata keçirilir. Hazırda “E-gov.az” və “E-su.az” portalları üzərindən elektron müraciətlər qəbul olunmaqdadır.
İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.
Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursları uğurla bitiriblər.
Eyni zamanda,xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS ISO 10002:2022 üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.
ASAN xidmət, ASAN kommunal və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












