ADSEA-ya Naxçıvanda əlavə səlahiyyət verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6 maddə 806 (Cild I) ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın "8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı" hissəsinin 8.7.11-ci yarımbəndinin "Əsas icraçı orqan (qurum)" sütununda "NMR NK" akronimi "ADSEA" akronimi ilə, "Digər icraçılar" sütununda "ADSEA" akronimi "NMR NK" akronimi ilə əvəz edilsin.
Beləliklə, rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas icraçı orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), digər icraçı isə Naxçıvan Nazirlər Kabineti olur.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












