ADSEA: Yaxın 5 ildə içməli su tələbatının 90 faizi ödəniləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) olaraq 2030-cu ilədək qarşımıza konkret hədəflər qoymuşuq.
Bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.
O bildirib ki, ölkənin içməli suya olan tələbatının 90 faizini ödəmək, kanalizasiya xidmətlərinin əhatəsini genişləndirmək, su itkilərini azaltmaq və kənd təsərrüfatının suya olan tələbatının 95 faizini daha səmərəli üsullarla təmin etmək qurumun hədəfləridir:
“2040-cı ilə qədər isə bu öhdəliklər tam əhatəliliyə yüksələcək — xalqımızın, təsərrüfatlarımızın və sənayemizin ekoloji çərçivələr daxilində inkişafını təmin edəcək.
Bu baxış bütün sektorlar üçün əhəmiyyətlidir. Şəhərlər üçün bu, daha ağıllı sistemlər deməkdir. Daha etibarlı, daha təhlükəsiz su, daha az xərclə və daha az emissiya ilə. Kənd təsərrüfatı üçün bu, “hər damcıdan daha çox məhsul” deməkdir — müasir suvarma texnologiyalarından, torpaq və rütubət idarəçiliyindən istifadə. Sənaye və enerji üçün isə bu, təkrar istifadədə, soyutma və suya qənaət texnologiyalarında innovasiya deməkdir”.
Z.Mikayılov deyib ki, gələn il qurumun diqqəti konkret nəticələrə yönələcək:
“Bunlar milli su balansının dərc olunması, prioritet hövzələrdə idarəetmənin tətbiqi, itkilərin azaldılması üzrə iri proqramların işə salınması, yeni su anbarlarının layihələndirilməsinin irəlilədilməsi, həm suyun təkrar istifadəsi, həm də duzsuzlaşdırma üzrə pilot təşəbbüslərin başlanmasıdır. Bunlar yalnız Azərbaycana fayda verməyəcək, həm də daha geniş region üçün model olacaq”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












