ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 7-11 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 08:30-da Bakıdan Ağstafaya, 17:20-də Ağstafadan Bakıya yola düşəcək.
Bundan əlavə, Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunması nəzərə alınaraq, Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.
Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Bu ilin avqustunda 32 ildən sonra bərpa edilən Bakı–Ağdam–Bakı marşrutu üzrə 9 noyabr tarixində əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində hər iki istiqamətdə səfər etmək mümkündür. Qatar Bakıdan saat 07:10, Ağdamdan isə 18:20-də hərəkətə başlayacaq.
Sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətdə reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək. 8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.
Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq. Belə ki, 7 noyabrda Bakıdan Balakənə hərəkət edən qatara 7 əlavə vaqon, 9 noyabrda Balakəndən hərəkət edən qatara 1 əlavə vaqon, 10 noyabrda isə Balakəndən hərəkətə başlayacaq qatara 4 əlavə vaqon qoşulacaq. Ümumilikdə bu marşrut üzrə qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edir. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












