ADY-də Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirildi - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti dəfə xeyriyyə məqsədli qanvermə aksiyası təşkil edib.
ADY-dən Avtosfer.az-a bildirilib ki, ənənəvi olaraq Mərkəzi Qan Bankı və Talassemiya İnstitutu ilə birgə keçirilmiş aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər:
"Qanvermə prosesindən əvvəl iştirakçılar təhlükəsizlik və aksiyanın effektivliyi baxımından müvafiq tibbi müayinələrdən keçib və yalnız sağlamlıqları imkan verən şəxslər donor kimi qanverməyə cəlb ediliblər.
Aksiyanın əsas məqsədi hemofiliya və talassemiyadan əziyyət çəkən insanlara, xüsusilə də bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək olmaq, onların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qan ehtiyatlarının artırılmasına töhfə verməkdir.
ADY olaraq cəmiyyətə faydalı sosial təşəbbüslərdə iştirak etməyə davam edəcək, sağlamlıq və həyat naminə göstərilən bu kimi humanitar fəaliyyətləri dəstəkləyəcəyik".




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












