ADY Dünya Bankı ilə əməkdaşlığı genişləndirir - FOTO

“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı müzakirələr aparıb.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, bu barədə müzakirələr Səhmdar Cəmiyyətin sədri Rövşən Rutəmovun Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüşündə aparılıb.
Qarşı tərəfə ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, mövcud infrastruktur və son dövrdə rəqəmsallaşma sahəsində görülən işlər barəsində ətraflı məlumat verilib.
Görüşdə bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Ş. Ştalmeyster iyulun 1-dən etibarən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsini icra edir. Yeni ölkə meneceri bu təyinata qədər Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean üzrə əməliyyat menecer olub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












