ADY lisenziya və icazə tələbindən azad olunur

"Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunacaq.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla, “Nəqliyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və müvafiq qurumun (“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin siyahısı qanun qəbul olunduqdan sonra təsdiq ediləcək.
Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə və öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanunları ilə müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Kosmik Agentliyinə (Azərkosmosa) də tətbiq edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












