ADY Orta Dəhliz üzrə iştirakçılarla fəal əməkdaşlıq edir - FOTO

ADY şəffaf qiymət siyasətinin müəyyən olunması, infrastruktur üzrə məhdudiyyətlərin aradan qaldırılması, yüklərin vaxtında və təhlükəsiz çatdırılması istiqamətində beynəlxalq dəhlizlərin iştirakçıları ilə fəal əməkdaşlıq edir.
Bu sözləri ADY sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev Brüsseldə Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorlar Forumunda çıxışı zamanı deyib.
A.Ağayev bildirib ki, Azərbaycan Orta Dəhliz üzrə ən vacib ölkələrdən biridir və nəqliyyat infrastrukturunun inkişafına iri investisiyalar qoyur:
“Orta Dəhlizin iştirakçıları arasında əsas və strateji yüklər üçün məlumat mübadiləsini qurmaq və proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları arasında ortamüddətli planlama xidməti qurulub. Bu xidmət dəhliz vasitəsilə daşımaların həcminin artması zamanı qovşaqlar arasında tranzit axınları bərabər paylamağa imkan verir”.
O qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları tərəfindən birgə müəssisə yaradılıb:
“Məqsəd “bir pəncərə” prinsipi üzrə xidmət göstərmək və müştəri məmnunluğunu təmin etməkdir. Bundan başqa, Ələt Limanında tranzit yük əməliyyatlarının sürətləndirilməsi və təyinatı üzrə göndərilməsi məqsədilə ADY, ASCO və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən birgə əməliyyatların idarə edilməsi xidməti təşkil edilib. Həmçinin Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan–Gürcüstan marşrutunda qatarların mənzil başına çatıb-qayıtma müddəti xeyli azaldılıb”.
ADY sədrinin müşaviri əlavə edib ki, Orta Dəhlizin əsas qolu olan Bakı–Tbilisi–Qars layihəsi üzrə də işlər davam edir:
“Bu yolun Gürcüstan seqmentinin genişləndirilməsi işləri bir neçə aya başa çatacaq. Beləliklə, BTQ üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Avropa ilə Mərkəzi Asiya arasında multimodal, müasir, rəqabətqabiliyyətli, rəqəmsal və daha sürətli marşruta çevirmək, Orta Dəhliz üzrə fəaliyyəti və investisiyaları koordinasiya etməklə regionda nəqliyyat əlaqəsini gücləndirməkdir.


İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












