ADY pandemiya dövründə sərnişin daşımalarının sayını açıqladı
Xəbərlər
2 İyun 2021 15:20

"Bakı Abşeron Dəmir Yol Xətti 2015-ci ildən fəaliyyətə başlayıb. Keçən ilin sonuna qədər isə digər 14 stansiyamız istismara verilib". Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov deyib. O bildirib ki, pandemiyaya qədər Abşeron Dairəvi Dəmir Yolu xəttində gündəlik 18-20 minə yaxın sərnişin daşınıb: "Pandemiya dövründə sərnişin daşınma gündəlik 8 minə enib, hazırda isə gündəlik 11 min sərnişin daşınır. Bakı Dairəvi Dəmir Yolu xəttinin dayanacaq və stansiyalarında turniketlər və digər avadanlıqlar quraşdırılıb. Bu turniketlərdən istifadə etmək üçün keçid kartı tətbiq edilib. Hazırda ADY-nin 11 min sərnişindən 8 mini bu kartlardan istifadə edir. 3 min sərnişin isə birdəfəlik bilet alaraq ADY-dən istifadə edir".
O əlavə edib ki, Bakı Sərnişin stansiyasında 4 dəqiqə ərzində minə yaxın sərnişin turniketlərdən keçid edə bilir: "Bir dəqiqədə bir turniketdən 15 sərnişin keçid edə bilir".
O xatırladıb ki, sərnişinlər Visa kartları vasitəsilə bu gündən etibarən 14 stansiyada quraşdırılmış turniketlərdən istifadə edə bilərlər:"Bu kartlar, nəinki Azərbaycan vətəndaşlarında, həmçinin ölkəyə gələn turistlərdə də var. Bu sistemin tətbiqi ADY-nin işini daha da yüngülləşdirir. Bu sistem Azərbaycanda ilk dəfə olaraq ADY-də tətbiq edilir".
Oxunub : 910
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
ŞƏRH YAZ












