ADY sədri: "Bakı limanının genişləndirilməsi işləri qrafiki qabaqlayır"

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi planları yalnız qrafik üzrə irəliləmir, hətta bir sıra istiqamətlər üzrə onu qabaqlayır.
Avtosfer.az xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı Limanı Orta Dəhlizdə əsas strateji həlqələrdən biridir: "Səhmdar cəmiyyət limanın inkişafında mühüm tərəqqiyə nail olub. Vahid Tranzit Mərkəzinin tətbiqi əməliyyat proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırıb, gözləmə müddətini azaldıb, xərcləri aşağı salıb və yüklərin emalını sürətləndirib".
R.Rüstəmov qeyd edib ki, limanın konteyner dövriyyəsi rekord həddə çatıb: "Bu ilin ilk 10 ayında Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 6 milyon 832 min 087 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur və son 22 ilin ən yüksək göstəricisidir. Bu dinamika həm artan tələbatı, həm də modern infrastrukturumuzun səmərəliliyini əks etdirir".
ADY rəhbəri əlavə edib ki, gələcək mərhələdə limanın yükaşırma potensialının artırılması, rəqəmsal həllərə investisiyaların genişləndirilməsi və xidmətlərdə daha yüksək səmərəliliyin təmin edilməsi nəzərdə tutulur: "Liman Xəzər regionu və onun hüdudlarından kənarda dünya səviyyəli logistika mərkəzi olaraq qalacaq. Bu, Azərbaycanın qlobal nəqliyyat-logistika qovşağına çevrilməsi baxışını dəstəkləyən mühüm uğur hekayəsidir".
Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə liman və dəmiryolu əməliyyatlarının koordinasiyasını artırmaq məqsədilə rəsmi olaraq ADY-nin strukturuna daxil edilib.
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törətdiyi deyilən oğlunun FOTOSU
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?












