ADY və DƏMX birgə təlimlərə başladı - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ADY-nin müxtəlif sahələrində çalışan işçilər üçün birgə təlimlərə başlayıb.
Avtosfer.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd ADY-də çalışan əməkdaşların əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizlik mədəniyyətinin artırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsidir.
Proqram çərçivəsində keçirilən təlimlər nəzəri və praktiki hissələrdən ibarətdir. DƏMX-nin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları barədə ətraflı məlumat veriblər.
Təlimin praktiki hissəsi isə ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin əməkdaşları tərəfindən keçirilib və bu mərhələdə yanğından mühafizə zamanı davranış qaydaları nümayiş etdirilib.
Təlimdə 100-ə yaxın ADY əməkdaşı iştirak edib.
Qeyd edək ki, gələcək mərhələlərdə ADY və Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən müəssisələrdə metodiki dəstəyin davam etdirilməsi, zəruri hallarda işçilərin birbaşa təlimatlandırılması və SƏTƏM ixtisas tələblərinə uyğun maarifləndirici tədbirlərin təşkili planlaşdırılır.


Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












