ADY və Rusiya Dəmir Yolları arasında saziş imzalandı - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Rusiya Dəmir Yolları" ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb.
Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, saziş ADY sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında keçirilən görüşdə imzalanıb.
Məlumata görə, saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə tam imkan verəcək.
Görüş zamanı iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















