Ağbənd-Kəlalə yeni avtomobil körpüsünün tikintisi bu ilin sonuna yekunlaşacaq

Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
Baş nazirin müavini bildirib ki, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək:
"Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












