Ağcabədi sakinlərindən narkotik vasitə və silah-sursat götürülüb - FOTO

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb.
Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietelin torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da saxlanılaraq şöbəyə gətirilib.
Ondan 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aṣkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














