Ağcabədidə 16 min manatlıq taxıl oğurlanıb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, Ağcabədi RPŞ-yə müraciət edən rayon sakini ona məxsus evdən məişət əşyasının oğurlanması barədə məlumat verib.
Daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də oğurluq etdiyinə görə elektron qolbaqla təchiz olunmuş Bəhram Yolçuyev saxlanılıb.
Bundan başqa, digər bir rayon sakini RPŞ-yə müraciət edərək ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Keçirilmiş tədbirlərlə həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şamil Məmmədov da saxlanılıb. İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












