Ağcabədidə mağazadan kontur oğurlayan şəxs saxlanıldı

Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayonun Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyatla oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub.
Polis əməkdaşların keçirdikləri digər bir tədbirlə isə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs də saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davam edir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












