Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır

"Qarabağda növbəti layihə Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlıdır".
Avtosfer.az xəbər verir ki, bunu ADY sədrinin müşaviri Arif Ağayevin Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
A.Ağayev xatırladıb ki, bu il iyulun 3-də cənab Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
"Xəttin layihələndirilməsi tamamlanıb. Həmçinin Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.
Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.
Dəmiryol sahəsində nəhəng layihələr həyata keçirilir və qarşıdakı illərdə biz sizinlə birgə bu layihələrin nəticəsini və faydalarını görəcəyik".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












