Ağdamda 4 gündür itkin düşən şəxsin axtarışları davam edir - FOTO

Ağdamda 4 gündür itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir.
İtkin düşən Cəsarət Hətəmxanovun atası Səyyaf Hətəmxanovun APA-ya verdiyi xəbərə görə, yoxa çıxdığı gün Ağdamın işğaldan azad olunan ərazilərindən şəkil göndərən oğlunun axtarışına ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub. Onun sözlərinə görə, Cəsarət Hətəmxanovun tkin düşdüyü ehtimal olunan yerlərdə dronla axtarış aparılır.
Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 4 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.
C.Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyafa Hətəmxanova məxsus (050) 302 3563 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO













