Ağdaşda arvadını bıçaqlayan şəxs saxlanılıb
Xəbərlər
12 Sentyabr 2022 12:18

Ağdaş rayonunda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 10-da Ağdaş şəhəri, Xəqani küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Möhlüd Şirinov arvadı, 1993-cü il təvəllüdlü Ayişə Şirinovaya qısqanclıq zəminində 4 bıçaq xəsarəti yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şirinov tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hazırda fakt üzrə araşdırma aparılır.
Oxunub : 1000
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
24 Sentyabr 2026 18:24
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
ŞƏRH YAZ












