Ağıllı saat təyyarədə sərnişinin həyatını xilas etdi

Britaniyalı həkim uçuş zamanı xəstələnən adamın həyatını xilas etmək üçün “Apple” saatından istifadə edib.
Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 9-da Ryanair-in Birmingemdən Verona reysində baş verib. Belə ki, uçuş zamanı yaşlı qadın nəfəs darlığı hiss edib. Ekipaj üzvü gəmidə həkim olub-olmadığını soruşduqdan sonra 43 yaşlı həkim Rəşid Diaz könüllü olub. Qadının ürəyində problem olduğunu öyrəndikdən sonra o, stüardessadan “Apple” saatı istəyib. Həkim xəstə qadının qanında oksigen səviyyəsini izləmək üçün ağıllı saatdan istifadə edib.
Oksigen səviyyəsinin aşağı olduğunu görən Diaz ekipajdan oksigen çəni istəyib. Onun köməyi ilə həkim təyyarə Veronada eniş edənə qədər qadının vəziyyətini stabilləşdirə bilib. Daha sonra sərnişinə əlavə tibbi yardım göstərilib.
Diaz bildirib ki, “Apple Watch” həqiqətən də fövqəladə hallarda tibbi diaqnostika alətlərini əvəz edə bilər. Lakin onun fikrincə, təyyarələrdə peşəkar avadanlıqlar yerləçdirilsə daha yaxşı olar.
Məhəbbət Tərlanoğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












