Ağsuda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Rayon sakininin üzərində olan əşyaların soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Məhəmməd Umudov saxlanılıb.
O, əməlini etiraf edib və faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













