Ağsuda yanacaqdoldurma məntəqəsinə suvenir pul təqdim edənlər saxlanılıb - FOTO - VİDEO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində suvenir pullarla vətəndaşları aldadan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yanvarın 17-si gecə saatlarında şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn “Toyota” markalı avtomobilin sürücüsünün aldığı yanacaq qarşılığında üzərində “etibarsızdır” yazılan saxta əsginasları verməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxslərin- Şamaxı rayon sakini, əvvəllər də oğurluq, quldurluq, eləcə də törətdiyi digər cinayətlərə görə məhkum olunmuş Famil İbadov və Abşeron rayon sakini Əkbər Kərimov olduqları müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar iz itirmək məqsədilə yanacaqdoldurma məntəqəsinə daxil olmazdan əvvəl avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediblər .
Saxlanılan şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji əməllər törətdikləri istisna edilmir. Onların bu kimi əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya ərazi polis orqanına müraciət edə bilərlər.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir















