"Ailə park" MTK ilə sakinlər arasında qalmaqal - Gecə saatlarında söküntü aparılır - VİDEO

Bir qrup paytaxt sakini Bakı şəhərində fəaliyyət göstərən "Ailə park" MTK-dan şikayətçidir.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində "Ailə park" MTK tərəfindən gecə saatlarında söküntü işləri aparılıb.
Bu isə vətəndaşların haqlı narazılığına səbəb olub. "Ailə park" MTK-nın əməkdaşları həmin ərazidə yaşayan sakinlərin etirazlarına məhəl qoymayıblar və söküntü işlərini davam etdiriblər.
Xatırladaq ki, "Ailə park" MTK ötən gün ağacları kəsdiyinə görə cəzalandırılıb. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib. Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var











