"Airbus” 6 min təyyarəni geri çağırır

"Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlanan proqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisini geri çağırır.
Avtosfer.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislər güclü Günəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatları zədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.
“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbəti uçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinə və gecikmələrə səbəb ola bilər.
Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin yaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir. “Reuters”in məlumatına görə, təyyarələrin bir hissəsində yalnız əvvəlki proqram versiyasına geri dönüş tələb olunsa da, yüzlərlə “A320”də avadanlığın tam dəyişdirilməsi mümkündür ki, bu da uçuşların bir neçə həftəlik dayanmasına gətirib çıxara bilər.
Qərara səbəb olan hadisə oktyabrda baş verib. “JetBlue” aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıq və qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcili eniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanaya yerləşdirilib. “Airbus” baş verənlərlə bağlı təəssüfünü ifadə edərək təhlükəsizliyin tam təmin edilməsinin şirkətin əsas prioriteti olduğunu bəyan edib.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












