Aİ-95 markalı benzin ala bilməyənlər bunu etsin - Hər litrdə 92 qəpik qənaət!
Xəbərlər
13 İyul 2022 14:29

Dünən Aİ-95 markalı benzinin qiymətinin birdən-birə 40 qəpik qalxması bu növ yanacaqla işləyən avtomobil sahiblərinin xərclərində kəskin artıma gətirib çıxarır. Buna görə, sürücülərin bir çoxu qatqılara üz tutur.
Bəs qatqılar nə qədər kefiyyətli və sərfəlidir?
Marketinq direktoru Marat Namazov index.az-a bildirdi ki, Aİ-95 markalı benzinin bahalaşması səbəbindən dünən gecədən tələbat kəskin artıb: “Dünən benzin bahalaşandan sonra qatqı ilə bağlı istər sosial şəbəkələrdən, istər zənglə şəxsən mənim özümə xeyli müraciətlər olub. Əvvəllər qatqıdan istifadə etməyənlər belə əlaqə yaradıb məlumat almağa çalışırlar”.
“Qatqıların bir neçə növü var. Bunlar “Octane Booster”, “Cetane Booster”, “Petrol Treatment”kimi növlərdir. “Octane Booster” və “Cetane Booster” yalnız oktan artırıcı funksiyanı yerinə yetirir. Lakin Aİ-95 markalı benzin tələb edən avtomobillərə biz “Petrol Treatment”i tövsiyə edirik. “Petrol Treatment”i tövsiyə etməyimizin səbəbi odur ki, yanacaq üçün yalnız oktanı qaldırmaq bəs etmir. Müxtəlif parametrlər var ki, onlar da benzinin tərkibində qaldırılmalıdır. Həmin parametrlər qaldırılmadıqda mühərrikdə problemlər yaradır və detalları sıradan çıxarır. “Petrol Treatment” isə birbaşa Aİ-95 markalı benzinin tələbini ödəyir. Hal-hazırda Azərbaycan bazarında “Petrol Treatment”in satışını “Bardahl Traitement Essence” ilə “Liqui Moly” həyata keçirir. Lakin qiymət məsələsində daha sərfəli “Bardahl Traitement Essence”dir”, – deyə o əlavə edib.
Qatqıların qiymətinə gəlincə: “Əslində qatqıdan istifadə etdikdə, sürücü 50 litrdə 46 manat qənaət edir. Belə ki, “Bardahl Traitement Essence”nin məhsulu 42 manatdır və 500 litr yanacağa əlavə olunur. Hesablasaq, görərik ki, Aİ-92 markalı benzinin hər 1 litrdə qiymətinin üstünə yalnız 8 qəpiklik qatqı əlavə edilir. Yəni ümumilikdə götürdük də, hazırda 2 manata olan Aİ-95 markalı benzin 1 manat 8 qəpiyə başa gəlir. Buda 50 litrdə 46 manat qənaət deməkdir”.
Oxunub : 2368
DİGƏR XƏBƏRLƏR
2 Sentyabr 2026 15:41
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
2 Sentyabr 2026 13:26
İlham Əliyev Fərman İMZALADI
1 Sentyabr 2026 22:07
Bakının bu küçələri BAĞLI OLACAQ
1 Sentyabr 2026 19:59
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
1 Sentyabr 2026 18:40
Azərbaycanda uşaqpulu bərpa edilir?
1 Sentyabr 2026 18:27
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu
1 Sentyabr 2026 17:58
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
1 Sentyabr 2026 13:41
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
31 Avqust 2026 22:42
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
31 Avqust 2026 21:50
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
31 Avqust 2026 21:10
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
31 Avqust 2026 17:59
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
ŞƏRH YAZ










