Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

G7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Reuters“ məlumat yayıb.
Hazırda Rusiyadan çıxarılan neftin üçdə birindən çoxu Qərb tankerləri vasitəsi ilə əsasən Hindistan və Çinə daşınır. Bu daşımalar arasında Yunanıstan, Kipr və Malta kimi Aİ ölkələrinin gəmiləri də iştirak edir. Daşımaların qalan qismi “kölgə donanması” vasitəsilə həyata keçirilir.
Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa Aİ-nin 2026-cı ilin əvvəlində nəzərdə tutulan növbəti sanksiya paketinə daxil edilə bilər. Lakin Avropa İttifaqının 27 üzvü bunun daha daha əvvəl G7 razılaşmasında əksini tapmasını istəyir. Britaniya və ABŞ rəsmiləri bu təkliflə hazırda G7 çərçivəsində keçirilən texniki müzakirələrdə çıxış edir.
Vaşinqtonun yekun qərarı isə Prezident Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı Moskva ilə aparacağı danışıqlardakı taktikasından asılı olacaq.
Əgər dəniz daşımalarına və əlaqəli xidmətlərin göstərilməsinə məhdudiyyət tətbiq olunarsa, bu addım G7 və Aİ tərəfindən Rusiyanın enerji ixracına qarşı indiyə qədər atılan ən sərt iqtisadi tədbirlərdən biri olacaq.
Xatırladaq ki, Rusiyanın neftinə qiymət tavanı 2022-ci ilin sonunda, onun dəyərinin 80 dolları keçdiyi vaxt tətbiq edilmişdi. 2024-cü ilin yayında isə Avropa İttifaqı İran–İsrail münaqişəsinin fonunda bu qiymət tavanını 60 dollardan 45 dollara endirmək planından imtina etmişdi.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










