Aİ, Türkiyə və Britaniya aviadaşıyıcıları "Boeing" təyyarələrini ARAŞDIRIR

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) yoxlamalar üçün "Boeing 737 MAX 9" təyyarələrinin müvəqqəti olaraq uçuşlarının dayandırılması barədə göstəriş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tənzimləyici qeyd edib ki, hazırda heç bir Aİ ölkəsi bu konfiqurasiyada təyyarələri idarə etmir. Qərar ABŞ-da Alyaska Hava Yollarına məxsus təyyarənin nasazlıqdan təcili eniş etməsi hadisəsindən sonra verilib.
Oxşar addım Böyük Britaniya və Türkiyə aviadaşıyıcıları tərəfindən də atılıb.
Qeyd edək ki, dünən Portlend-Ontario marşrutu üzrə hərəkət edən "Boeing 737-9 MAX" sərnişin təyyarəsi təyyarənin təcili çıxış lyuku - pəncərəsi qopduqdan sonra havaya qalxdığı aeroporta məcburi eniş edib. ABŞ Nəqliyyat Departamenti təcili enişin səbəbləri ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Uçuşu həyata keçirən "Alaska Airlines" bu tipli 65 təyyarədə uçuşları dayandırıb. FAA yoxlamalar üçün seçilmiş "Boeing 737-9 MAX" təyyarələrinin uçuşlarının dayandırılması barədə göstəriş verib.
Modern.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












