Alban məbədlərində qazıntı aparanlar nə axtarıblar? - FOTO - VİDEO

Azərbaycan tarixinin ayrılmaz parçası olan Qafqaz Albaniyası irsinin yadigarları - dini məbədlərə ölkəmizin müxtəlif yerlərində rast gəlmək mümkündür. Qarabağ, Şərqi və Qərbi Zəngəzurda bu tarixi-dini abidələrin bir çoxu Rusiya imperiyası və sovet dönəmində ermənilərin müdaxiləsinə məruz qalıb. Məbədlərin arxitekturasında dəyişikliklər edilib, divarlarına erməni kilsəsinə məxsus xaç işarələri və yazılar həkk olunub.
Bu baxımdan, Azərbaycanın şimal-qərb bölgəsindəki tarixi-mənəvi abidələrin memarlığına kənar təsirlər az müşahidə olunur. Ancaq təəssüf ki, onların bir çoxu acınacaqlı vəziyyətdədir: bu məbədlərin, demək olar ki, hamısı konservasiya və qorunmaya ehtiyac duyur. Çünki bərpa bir yana, mühafizə edilməmələri onunla nəticələnir ki, ildən-ilə daha çox aşınırlar. Konservasiya və mühafizəyə hətta dövlət tərəfindən qorunma altına alınmış və inventar olaraq qeydiyyata götürülmüş məbədlərin də ehtiyacı var.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, son illərdə müxtəlif rayonların ucqar nöqtələrində yerləşən məbədlərdə naməlum şəxslər tərəfindən qazıntılar aparılıb. Məsələn, sakinlər Daşkəsənin Bayan kəndindəki məbədin girişindəki pilləkənlərdə qazıntı işləri aparıldığını deyirlər. Qazıntı Şəkinin Baş Küngüt kəndindəki məbəddə də olub. Qaxın Ləkit kəndinin ən ucqarında yerləşən "Yeddi kilsə"də qazıntı işləri görənlərin hətta metalaxtaran qurğulardan istifadə etdikləri deyilir.
Şəkinin Orta Zəyzid kəndində mövcud olan iki məbəddən birinin əksər hissəsi uçub. Ancaq digəri - kəndin ən yüksək nöqtəsində, meşə ilə bitişik ərazidəki tarixi abidə dövlət tərəfindən inventarlaşdırılıb. Bununla belə, onun da ərazisində qazıntı işləri aparılıb.
Daha bir müdaxilə edilmiş abidə isə Daşkəsənin Çovdar kəndindən yuxarıda, yüksəkliyin ən ucqar nöqtəsində olan adsız məbəddir. Bu məbədin də içində, yalnız bir nöqtədə həyata keçirilmiş qazıntı göstərir ki, bunu edən şəxslər axtarışları kortəbii etməyiblər. Onların sanki axtardıqları nə olubsa, yerini dəqiq biliblər.
Görəsən, bu şəxslər kimlərdir? Onlar nə axtarıblar və tapıblarmı? Rəsmi orqanlarda bu qanunsuz əməllərlə bağlı məlumat varmı? Digər məbədlərdə də eyni əməllərin törədilməməsi üçün hansı tədbirlər görülə bilər?
Şəkinin Orta Zəyzid və Daşkəsənin Çovdar kəndi yaxınlığındakı məbədlərdə aparılan qazıntılar barədə daha ətraflı foto və videokadrlarda:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















