Ali Məhkəmə həbsdə olan keçmiş icra başçısının əmlakları ilə bağlı qərar verdi

Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə keçirilən iclasda tərəflərin şikayətləri dinlənilib.
Eks icra başçısının oğlanları-Rəsul və Fərid Zeynalovlar əmlakların müsadirədən azad olunmasını xahiş ediblər.
Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı üçün şikayəti rədd edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.(report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












