Alman mütəxəssis paytaxtda yeni liftlərin quraşdırılması ilə tanış olub - FOTO

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.
Avtosfer.az xəbər verir ki, müqavilə şərtlərinə uyğun olaraq əvvəlcə 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Həmçinin liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub və bura lazımı texniki avadanlıqlarla təchiz edilib.
Müqavilənin davamı olaraq şirkətdən daha 625 ədəd lift alınaraq Bakı şəhərinə gətirilib. Hazırda bu liftlərin paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılması işləri sürətlə həyata keçirilir.
Bağlanan müqavilə şərtlərinə uyğun olaraq alınan liftlərin quraşdırılma prosesinin icrası və işlərin gedişatı ilə yerində tanış olmaq üçün Wittur Holding GMBH şirkətinin nümayəndəsi Ralf Günter Bakıya gəlmişdir.
Qonaq əvvəlcə “Lifttəmir” İstehsalat Birliyinin istehsalat bazasında quraşdırılmış Mərkəzi Dispetçer Xidməti Sisteminin işi ilə, daha sonra paytaxtın bir neçə rayonunda quraşdırılması aparılan və quraşdırılmış liftlər, burada gedən proseslərlə tanış olub və öz məsləhətlərini verib.
Almaniyalı qonaq görülən işlərin keyfiyyətindən razı qaldığını, gələcəkdə də əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
























