Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB

Bir müddət öncə övladının müalicəsi üçün Almaniyaya gedən Azərbaycan vətəndaşı Cavadov Rəşad Mirəbülfəz oğlu problemlə üzləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə unikal-a açıqlamasında Azərbaycan səfirliyinə müraciət etdiyini bildirib.
Məlum olub ki, 1982-ci il təvəllüdlü R.Cavadov 15 yaşlı skolioz xəstəsi olan qızı Səhadət Cavadovanı müalicə edə bilmək üçün Almaniyaya aparıb. Burada qızının əməliyyatı alınmayıb, daha sonra ata özü də xəstələnib. O, xəstəxanada olduğu müddətdə övladına baxılması üçün "Das Jugendamt" adlı mərkəzə həvalə edib. Problem isə bundan sonra yaranıb.
"Onlara dedim ki, müalicə olunmaq üçün xəstəxanaya gedirəm. Uşaq baxımsız qalmasın deyə, sizə həvalə edirəm. Onlar da razılaşdılar. Xəstəxanadan çıxandan sonra, yəni bu ilin aprel ayından bəri onlar övladımı mənə vermir. Səbəb kimi mənim xəstəliyimi göstərirlər, guya ki, mən uşağa baxa bilmərəm. Uşağı da nə əməliyyat edirlər, nə də geri qaytarırlar", - deyə R.Cavadov qeyd edib.
O, Almaniyaya mühacir kimi getdiyini, lakin peşman olduğunu da deyib: "Mühacirət etmişdim, amma indi istəyirəm ki, Azərbaycana geri qayıdım. Uşağa görə qayıda bilmirəm. Elə təhlükəli bir xəstə də deyiləm, psixoloji narahatlığım var. Qızımla dəfələrlə görüşmüşəm, təhlükəli olsaydım, görüşə icazə verməzdilər. Çox böyük səhv edib bura gəldim, ən gözəli Azərbaycandır. Burada heç nə yoxdur".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












