"American Airlines" yüzlərlə aviareysi ləğv edəcək

"American Airlines" aviaşirkəti yaşadığı problemlər səbəbindən ABŞ-a yüzlərlə uçuşunu iyulun ortalarına qədər ləğv edəcək.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Hill" qəzetinə aviadaşıyıcının rəsmi nümayəndəsi Steysi Dey (Stacy Day) bildirib. "İyun ayının ilk həftələri ən böyük mərkəzlərimiz üçün misli görünməmiş hava şəraiti ilə xarakterizə edildi, bu da fəaliyyətimizə ciddi şəkildə təsir etdi və gecikmə, aviareyslərin ləğvi və uçuş cədvəllərinin pozulması ilə nəticələndi", - S. Dey bildirib.
Onun sözlərinə görə, bu problemlər "American Airlines"ın tərəfdaşlarındakı işçi çatışmazlığına əlavə olundu ki, bu da koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlərin qaldırılmasından sonra sərnişin axınının sürətlə artmasının nəticəsidir.
Dey onu da əlavə edib ki, bütün bunlar iyulun ortalarınadək aviaşirkətin uçuş cədvəlinin bir hissəsində dəyişiklik edərək əməliyyatların sabitliyini və aydınlığını artırmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac yaradıb.
Hava trafikinin dəyişdirilməsi əsasən iri aeroportlara təsir edəcək. Söhbət "American Airlines"ın ABŞ-a uçuşlarının təxminən 1%-dən gedir. Keçən həftəsonu aviaşirkət 301, bazar ertəsi isə təxminən 100 aviareys təxirə salınıb.
Öncə bildirildiyi kimi, aviaşirkət ABŞ-da hava səyahətinə artan tələbatın öhdəsindən gələ bilmir.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












