Amerikada şəhər meri balıq ovuna çıxdı, milyon dollar dəyərində kokain “tutdu” - FOTO
Xəbərlər
10 Avqust 2023 00:17

Amerikanın Tampa şəhərinin meri Ceyn Kastor balıq ovu zamanı 30 kiloqram kokain “tutub”.
Bu barədə yerli “Tampa Bay Times” qəzeti məlumat verib.
Atlantik okeanında “üzən” bir bağlama Florida-Kis arxipelaqında balıq ovunun dadını çıxaran Ceyn Kastor ailəsinin diqqətini çəkib. Tampa meri mikrodalğalı soba böyüklüyündə qəribə tapıntıya rastlayıb ki, onun da içərisində narkotik olduğu məlum olub.
Otuz ildən çox Tampa Polis İdarəsində, o cümlədən narkotiklərlə mübarizə şöbəsində çalışan Ceyn Kastor “ov”un nə olduğunu dərhal anlayıb və onu yerli polisə təhvil verib.
Daha sonra ABŞ Sərhəd Xidməti kokain paketinin 1,1 milyon dollar dəyərində olduğunu müəyyən edib.
Tampa merinin ailəsi insidentdən sonra istirahətə davam edib. (oxu.az)
Oxunub : 1144
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












