Anomal isti və leysan XƏBƏRDARLIĞI

Bir sıra Avropa ölkələrində anomal istilər tufan və leysan yağışları ilə müşayiət olunacaq.
“Bloomberg“ Maxar Technologies analitiklərinin proqnozuna istinadən xəbər verir ki, regionda yüksək temperatur gələn həftənin sonuna qədər davam edəcək.
İsti dalğanın sentyabrın 16-da pik həddə çatacağı gözlənilir. Bu gün Parisdə hava 29,5 dərəcəyə, Londonda isə 25,5 dərəcəyə qədər isti olacaq. Növbəti on gün ərzində Fransa və Almaniyanın böyük hissəsində orta temperatur ilin bu vaxtı normadan yuxarı qalacaq.
Eyni zamanda, Böyük Britaniyada mütəxəssislərin proqnozlarına görə, payızın əvvəli üçün hava şəraiti optimal səviyyəyə yaxın olacaq. Bununla belə, krallığı Atlantik okeanından soyuq cəbhənin gətirdiyi leysan yağışları bürüyəcək. Sentyabrın ikinci yarısında Almaniyanın cənubunda da güclü yağış gözlənilir. Yerli hakimiyyət Valensiya sakinlərini yaxınlaşan siklonla bağlı xəbərdar etdiyi İspaniyanı da leysan və tufanlar vuracaq.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) Avropanın cənubunda yağan güclü yağışı bölgənin iqlim xüsusiyyətləri ilə əlaqələndirib. “Daha isti hava daha çox nəm saxlaya bilər. Buna görə də, yağıntılar - yağış, qar və ya dolu - mülayim iqlimlərdə daha intensiv olur və daha da böyük daşqınlara səbəb ola bilər”, - ÜMT-nin əməkdaşı Stefan Uhlenbroek yekunlaşdırıb. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












