Aparıcı beynəlxalq təşkilatlar və ölkələr Qarabağdakı “seçkilər”i tanımadı

Aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri erməni separatçılarının Xankəndidə keçirdiyi qondarma prezident seçkilərini pislədiklərini və tanımadıqlarını bəyan ediblər.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, "seçkilər"i tanımadıqlarını bəyan edən təşkilatlar və ölkələr siyahısına İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropa Şurası, həmçinin, Böyük Britaniya, ABŞ, Macarıstan, Rumıniya, Pakistan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və s. daxildir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayıb: “Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
Macarıstan, Rumıniya və Moldova kimi Avropa ölkələri də separatçıların addımlarının qeyri-legitimliyi ilə bağlı oxşar bəyanatlar veriblər.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidmətinin sözçüsü Nabila Massrali isə qeyd edib ki, Xankəndidə keçirilmiş qondarma seçkiləri diqqətə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, Qarabağdakı "seçkilər"in həyata keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımır.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. Üstəlik, Avropa Şurası, Türk Dövlətlərinin Parlament Assambleyası və digər beynəlxalq strukturların nümayəndələri də “seçkiləri” tanımadıqlarını bəyan ediblər.
Bu arada, İran “seçkiləri” birbaşa pisləməyib, lakin dünənki mətbuat konfransında bununla bağlı sualı cavablandıran İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib.
Bu günə qədər Xankəndidə keçirilən “seçkilər”in qanunsuz olduğunu bəyan edən ölkə və təşkilatların siyahısı:
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidməti
Avropa Şurası
İslam Əməkdaşlıq Təşkilatı
Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Parlament Assambleyası
Türkiyə
ABŞ
Böyük Britaniya
Ukrayna
Gürcüstan
Moldova
Rumıniya
Macarıstan
Pakistan
Özbəkistan.
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










