Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq

"Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq".
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.
"Arietid" sözü meteorların səmadakı çıxış nöqtəsinin (radiantının) yerləşdiyi Qoç (Aries) bürcünün adından gəlir. Astronomiyada meteor yağışları adətən onların radiant nöqtəsinin hansı bürcdə yerləşdiyinə əsasən adlandırılır. Bu meteor axını radiantı Qoç bürcündə olduğuna görə "Arietid" adını alıb. Meteor axınının maksimum fəallığı xüsusilə səhər saatlarında - dan yeri sökülməzdən az əvvəl və ya gün çıxanda baş verir. Bu isə onların adi gecə meteor axınlarından fərqli olaraq müşahidəsinin çətinləşməsinə səbəb olur - çünki gün işığı meteoru sönük göstərir və müşahidəni çətinləşdirir. Buna görə bu axın "gündüz meteor axını" kateqoriyasına daxildir.
"Arietid" meteor yağışının 1989-cu ildə kəşf olunmuş, 8.5 il dövrü perioda malik "121P/Shoemaker-Holt" adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş "Ikarus" adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












