Arvadını öldürdü, özünü "dəli" kimi göstərdi

Türkiyədə kişi arvadını öldürüb, özünü "dəli" kimi aparıb.
Bursa şəhərində qeydə alınıb.
Nazlı Meraldan xəbər ala bilməyən qohumları şübhələnərək onun evinə gediblər. Evə girən qohumlar Meralı qanlar içində tapıblar. Meralın 3 bıçaq zərbəsi ilə öldürüldüyünü müəyyən ediblər. Polis şübhəli şəxs qismində qadının əri Nurullah Meralı müəyyən edib və araşdırmalara başlayıb.
Hadisə günü özünə xəsarət yetirən və daha sonra xəstəxanaya gedən Nurullah Meral müalicə olunduqdan sonra nəzarətə götürülüb. Nazlı Meralla 4 ildir evli olan və psixoloji problemləri olduğu iddia edilən Nurullah Meral həbs edilib.
O, arvadının daha əvvəl də ona xəyanət etdiyini və bağışladığını iddia edib. Hadisə baş verən gün evdə oturarkən zəng çaldığını və arvadının qapını açmaq üçün getdiyini bildirən Nurullah evə maskalı 4 nəfərin girdiyini deyib:
"Məni öldürməyə gəldiklərini dedilər. Mənə müdaxilə edəcəklərindən qorxub həyat yoldaşımı bıçaqladım".
Vəkilinin ruhi xəstə olduğunu iddia etdiyi müttəhimin həm məhkəmə-tibbi ekspertiza rəyi, həm də sübutlar nəticəsində onun əqli sağlamlıq hər şeyin qaydasında olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə Nurullah Merala ömürlük həbs cəzası verilib. (lent.az)

Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












