Arvadını qətlə yetirən hakimlə bağlı qərar verildi

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından Avtosfer.az-a verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Baş prokurorun təqdimatına baxılıb.
Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib.
Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır.
Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












