“Asan imza”nın inhisarçılığına son qoyuldu” - Osman Gündüz

Məlum olduğu kimi, SİMA rəqəmsal imza Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub.
Avtosfer.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeniliyi şərh edib.
O.Gündüz qeyd edib ki, bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaiməni, vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə biləcəklər:
“Altı ay müddətində tətbiqdən abunəhaqqı ödəmədən istifadə etmək imkanı da yaradılıb. İndiyədək yalnız xarici şirkətə (Best Solutions) məxsus identifikasiya vasitəsi olan “ASAN imza” ilə bu xidmətləri əldə etmək olurdu.
Hazırda təxminən 1 milyonadək aktiv “Asan imza” istifadəçisi var. Başqa sözlə, “Best Solutions” şirkəti hər ay 2 milyon manatdan çox bu resursdan gəlir götürür. Yəni yetərincə gəlirli bir sektorda - identifikasiya bazarında indiyədək rəqabətli bir mühit yox idi”.
Ekspert xatırladıb ki, SİMA-nın DVX-yə inteqrasiyası 2 il çəkib: “Hiss olunurdu ki, inteqrasiyada maraqlı olmayanlar da var. Maraqlı olmayanlar da sektorda hamıya məlum idi. Son zamanlar DVX-nin rəqəmsal transformasiyasına xeyli vəsaitlər yatırılıb, AVİS sisteminin söykəndiyi İT infrastruktur xeyli inkişaf etdirilib. Bir müddət öncə DVX mobil tətbiq də istifadəyə verib. Yenicə AZCON Holdinqin tərkibinə qatılan “AzInTelecom”da biometriyaya əsaslanan SİMA rəqəmsal imza infrastrukturunu xeyli genişləndirib.
SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən biznes xidmətlərinə inteqrasiyası, Azərbaycanda imza bazarında rəqabətli mühitin formalaşması sahəsində DVX və “AzInTelecom”un səyləri təqdirəlayiqdir. Bütün bunlar ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir”.
“Düşünmək olar ki, bununla da adında ASAN sözü olmasına baxmayaraq ASAN Xidmətə dəxli olmayan, xarici şirkətə məxsus identifikasiya vasitəsinin – “ASAN imza”nın inhisarçılığına son qoyuldu.
Lakin nəzərə almaq lazımdır ki SİMA-nın hələlik hüquqi şəxslər və dövlət qurumları üçün inteqrasiyası başa çatmayıb. Ümid edirəm SİMA-nın dövlət sektoruna , biznes mühitinə inteqrasiyanı də tezliklə başa çatdırarlar. Yeri gəlmişkən, həm də ümid edirəm ki, sahibkarlar üçün güzəşt müddəti başa çatdıqdan sonra SİMA rəqəmsal xidmətindən istifadə üçün tariflər də əlçatan olacaq”.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











