Astana hava limanında həyəcan elan olundu

Qazaxıstan paytaxtının (Astana) beynəlxalq hava limanının aviasiya təhlükəsizliyi xidməti zarafatla əlində silah olduğunu deyən şəxsə görə aeroportda həyəcan elan edib.
Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.
“KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Sərnişin barədə Dövlət Mühafizə Xidmətinə, Milli Təhlükəsizlik Komitəsinə və Antiterror Mərkəzinə məlumat verilib”, - deyə mətbuat xidmətindən bildirilib.
Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları sərnişinin əl yükünü yoxlayaraq polisə təhvil veriblər. Kişi polisə verdiyi izahatda qeyd edib ki, əl yükündə silah və narkotik vasitələrin olması barədə məlumatı zarafat etmək üçün verib.
Hazırda həmin şəxsi Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (“Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə”) ilə 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilə qədər həbs cəzası gözləyir. (oxu.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












