Astarada Azərbaycan-İran gömrük rəsmilərinin ilk görüşü olub

Astarada Azərbaycan-İran sərhədində avtomobil körpüsündə gömrük idarələrinin rəhbərlərinin ilk görüşü olub.
Bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyindən xəbər verilib.
Bildirilir ki, görüşdə yeni sərhəd körpüsündən keçən yük maşınlarının sayının artması və keçidin sadələşməsi barədə fikir mübadiləsi aparılıb.
Məlumatda vurğulanır ki, İranın Astara gömrük idarəsinin baş direktoru Əlihüseyn Zülqədri hər iki ölkənin Astara sərhəd-gömrüyünün yaratdığı imkanlardan maksimum şəkildə istifadə edə biləcəyinə ümidini ifadə edib.
O, yeni sərhəd körpüsünün Azərbaycan və İranla yanaşı, digər qonşu dövlətlər, həmçinin Avrasiya ölkələri arasında yeni ticari və kommersiya mübadiləsinin həcminin artırılması üçün əlverişli imkanlar yaratdığını, ümumiyyətlə Şimal-Cənub Beynəlxalq Dəhlizində önəmli rola sahib olduğunu vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin dekabrın 30-da Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub.
Körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni dörd metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.
Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4 500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb. (oxu.az)
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












