Astarada həyətdə narkoplantasiya aşkarlanıb - FOTO

Astarada narkoplantasiya aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyətində narkoplantasiya yetişdirən rayon sakini tutulub.
“Xaşxaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Sərək kənd sakini Heydər Alıyev saxlanılıb. Onun yaşadığı evin həyətindəki sitrus bağının içərisində əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 375 kiloqram olan 1284 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var














